Avropa İttifaqı Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib


Fevralın 23-də Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.



Şura daha 106 fiziki və 88 hüquqi şəxs barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Ümumilikdə Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən hərəkətlərlə bağlı Aİ-nin məhdudlaşdırıcı tədbirləri hazırda 2000-dən çox fiziki və hüquqi şəxsə tətbiq edilib.

Qeyd olunur ki, sanksiyalar Rusiya müdafiə və təhlükəsizlik sektorunun texnoloji inkişafına töhfə verə biləcək qadağan olunmuş malların, o cümlədən PUA-ların inkişafı və istehsalı üçün komponentlərin siyahısını genişləndirir.

Həmçinin bildirilir ki, Çin, Hindistan, Serbiya, Qazaxıstan, Tailand, Türkiyə və Şri-Lanka şirkətləri Aİ-nin ixrac məhdudiyyətlərinə tabedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu