Avstraliya havaya şaquli qalxa bilən hücum dronu hazırlayıb


Avstraliyanın "BAE Systems PLC" şirkəti şaquli olaraq havaya qalxa bilən və idarə olunan helikopterlərlə yanaşı, uça bilən böyük pilotsuz təyyarənin dizaynını təqdim edib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, "Strix" adlanan yeni sistem əhəmiyyətli diapazon və atəş gücü təmin etməklə yanaşı, əlverişli və tətbiqi asan olacaq. Yeni dronun elan edildiyi və modelin təqdim olunduğu Avstraliyada "Avalon Airshow-da BAE" tərəfindən nümayiş etdirilən video animasiya "Strix"in qayığın arxa hissəsindən havaya qalxmasını göstərir. Başqa bir videoda qanadları bükülmüş pilotsuz uçan aparatın yük konteynerində saxlandığı və daha sonra yük maşını ilə aparıldığı görünür.

"Strix"in unikal qabiliyyəti ondan ibarətdir ki, o, VTOL baxımından vertolyotların bütün üstünlüklərini adi təyyarələrin sürəti, məsafəsi və faydalı yük xüsusiyyətləri ilə birləşdirir" - deyə "BAE Systems Australia"nın baş icraçı direktoru Ben Hudson yeni cihazı dəyərləndirərkən bildirib.

BAE bildirib ki, 350 kiloluq faydalı yüklə təxminən 500 mil məsafəyə malik olan pilotsuz uçan aparat düşmən hədəflərə hücum, müşahidə və kəşfiyyat kimi müxtəlif missiyalar üçün və insanlı helikopterlər üçün qanad kimi istifadə edilə bilər.

Pilotsuz uçan aparat idarə olunan helikopterlərin yaxınlığında uça bilir, lakin sonra əməliyyat zonasına daxil olanda sürətini artıraraq, atəşi helikopterlərdən yayındırır. Hudson qeyd edib ki, bu çaplı bir çox dronlar böyük uçuş-enmə zolaqları və geniş dəstək infrastrukturu tələb edir: "Bizim VTOL ilə artıq bunların heç birinə ehtiyac yoxdur, buna görə də biz cəbhə xəttinə yaxınlaşa və döyüş meydanında qoşunlara yaxından dəstək verə bilərik".

2026-cı ilə qədər istifadəyə verilə biləcəyinə baxmayaraq, şirkət hələ də prototip dron üzərində işləndiyini açıqlayıb. O da bildirilir ki, artıq iki beynəlxalq müştəri sistemə maraq göstərib. "Hava hücumundan müdafiə vasitələrinin adi təyyarələrlə işləməkdə daha yaxşı olduğunu nəzərə alsaq, hərbçilər vurulduğu təqdirdə büdcəyə ziyan vurmayacaq ucuz pilotsuz sistemlərlə daha çox maraqlanırlar. Bu kimi aşağı qiymətli, lakin yüksək performanslı müstəqil platformalar həqiqətən hazırda bazarda öz yerini tutur" - deyə Hudson bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu