Zelenski 100 kilometr uçan Ukrayna kamikadze PUA-sına baxış keçirib


Ukrayna prezidenti Vladimir Zelenski uçuş məsafəsi 100 kilometrdən çox olan yeni kamikadze pilotsuz uçan aparatına baxış keçirib.


AFN.az xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” yazıb.

Nəşrin məlumatına görə, döyüş sursatı Rusiyanın "Lancet"inin analoqu kimi yaradılıb. Onun adı gizli saxlanılır, lakin dron artıq cəbhə xəttində istifadə olunur.

Pilotsuz təyyarənin maksimal uçuş sürəti saatda 180 kilometrdir və o, üç kiloqrama qədər olan döyüş başlığını daşımağa qadirdir. Onun yüksək manevr qabiliyyəti və müxtəlif trayektoriyalar üzrə, o cümlədən düzgün bucaq altında hədəfləri vurmaq qabiliyyəti var.

PUA sursatla tandemdə işləyir. O, hədəfi axtarmaq, onu izləmək və zərbəyə nəzarət etmək vəzifələrini yerinə yetirir. Hazırda dronun döyüş əməliyyatlarında istifadəsi nəzərə alınmaqla son tamamlanma işləri aparılır.

Zelenskinin hərbi-sənaye kompleksinin əməkdaşı ilə görüşünün kadrlarını Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermak Telegram kanalında yayımlayıb. Şəkillərdən birində yeni kamikadze dron əks olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu