Rosatom Braziliyaya təbii uranın tədarükü ilə bağlı yeni müqavilə imzalayıb


"Rosatom" Dövlət Korporasiyası uran məhsullarının tədarükü üzrə Braziliyanın INB şirkəti ilə əməkdaşlığı davam etdirir.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Rosatom" şirkətinin baş direktorunun birinci müavini Kirill Komarov açıqlama verib.

Bir neçə ildir ki, "Rosatom" Braziliyanın nüvə təbabətinin ehtiyacları üçün izotop məhsullarının ən böyük təchizatçılarından biridir. Bundan əlavə, son illərdə nüvə yanacaq dövrü sahəsində əməkdaşlıq fəal şəkildə inkişaf edir. Bunları Kirill Komarov deyib.

2022-ci ilin sonunda "Rosatom" həmçinin "Techsnabexport" strukturu (Rusiyanın nüvə materialları ixracatçısı, "Rosatom"un bir hissəsi - IF) və Braziliya INB arasında 2023-cü ildə Angra AES-ni təchiz etmək üçün zənginləşdirilmiş uran məhsullarının tədarükü ilə bağlı müqaviləni elan edib. Müqavilə 2027-ci ilədək qüvvədədir.

Müqavilənin birinci mərhələsi elan edilərkən şirkətdən verilən açıqlamada bildirilib ki, bu, zənginləşdirilmiş uran məhsullarının tədarükü üçün Braziliya ilə dövlət korporasiyasının tarixində ilk uzunmüddətli müqavilədir və Latın Amerikası regionunda uran məhsulları üçün ən böyük bazara çıxış açır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu