İtaliyada aviasiya sənayesi işçiləri tətilə başlayıblar


İtaliyada hava sektorunda çalışan yer işçiləri və bəzi pilotlar kollektiv müqavilələrin uzadılmaması səbəbindən tətilə çıxıblar.


İtaliya mətbuatında yer alan xəbərə görə, aviasiya sənayesindəki dörd böyük həmkarlar ittifaqının ("Filt Cgil") çağırışı ilə baqajın yüklənməsi və boşaldılması, qeydiyyat əməliyyatlarından məsul olan yerdə xidmət zabitləri və bəzi pilotlar 8 saatlıq tətil ediblər.

Həmkarlar ittifaqları tətilə səbəb kimi işçilərin kollektiv müqavilələrinin 6 il müddətində uzadılmamasını göstəriblər.

İtaliyanın Baş nazirinin müavini, Nəqliyyat və İnfrastruktur naziri Matteo Salvini tətilə reaksiya verərək, "Bir neçə həmkarlar ittifaqının İtaliyanı bloklamasını qəbul etmirəm" - deyib.

Salvini birlikləri və şirkətləri vəziyyəti həll etmək üçün gələn həftə görüşməyə çağırıb.

Roma Fiumicino hava limanında 130-140, Milan Malpensa hava limanında 150 reysin ləğv edildiyi və ölkə daxilində 250 min insanın təsir altına düşə biləcəyi bildirilib. Bu arada, bəzi beynəlxalq uçuşlar zəmanət altında həyata keçirilib.

THY-nin mətbuat xidmətinin dünən etdiyi şərhdə bildirilib ki, "Anadolujet"in TK 7660 Sabiha Gökçen-Roma, TK 7661 Roma-Sabiha Gökçen və THY-nin TK 1323 İstanbul-Bolonya, TK 1324 Bolonya-İstanbul, TK 1865-Roma-İstanbul, TK 1865-Roma-Roma , TK 1873 İstanbul-Milan, TK 1874 Milan-İstanbul, TK 1895 İstanbul-Milan, TK 1896 Milan-İstanbul uçuşları həyata keçirilə bilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu