Çin iqtisadiyyatı gözləntilərin altında böyüdü


Çin iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz, gözləntilərin altında böyüyüb.


Çinin Milli Statistika Bürosu ölkənin ikinci rübünə dair artım məlumatlarını açıqlayıb. Buna uyğun olaraq ölkə iqtisadiyyatı ikinci rübdə yüzdə 6,3 böyüyüb. Sözügedən artım tempi yüzdə 7,3 olan gözləntilərin altında reallaşıb. İlin birinci rübündə ölkə iqtisadiyyatı illik hesablamada 4,5 faiz artıb.

Kovid-19 tədbirlərinin aradan qaldırılmasından sonra bu il sürətli iqtisadi artım gözlənilən Çində ikinci rübdə istehlak xərcləri gözləntilərin altında qalıb.

Bu arada Çin Xalq Bankı ortamüddətli kredit faizlərini dəyişməyərək 2,65 faiz səviyyəsində saxlayıb.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu