Navalnı 19 il müddətinə azadlıqdan məhrum edilib


Rusiyanın müxalifət lideri Aleksey Navalnı daha 19 il müddətinə azadlıqdan məhrum edilib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, ekstremist hərəkatları maliyyələşdirmək və ölkədə iğtişaşlar salmaq da daxil olmaqla cinayətlərdə təqsirli bilinib.

2020-ci ildə sinir sistemi qazı ilə zəhərlənən rusiyalı dissident 2021-ci ildə Rusiyaya qayıdıb və həbs edilib. 6 ayrı ittiham üzrə təqsirli bilinən Navalnı 11 il yarım azadlıqdan məhrum edilib.

Beynəlxalq ictimaiyyət Rusiya ədliyyəsinin Navalnıya verdiyi əlavə 19 illik cəzaya reaksiya verib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Navalnının dərhal azad edilməsini tələb edib, ABŞ və Fransa bu qərarı tənqid edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu