Türkiyədə otelə silahlı basqın - Ölən və yaralananlar var


Türkiyədə otelə edilən silahlı basqın nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.



AFN.az xəbər verir ki hadisə, Muğla vilayətinin Bodrum rayonunda baş verib. Göltürkbükü məhəlləsində naməlum şəxslər otelə atəş açıb. Oteldəki insanların cavab verməsindən sonra başlayan qarşıdurmada ilkin məlumata görə, 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

112 Təcili Zəng Mərkəzinə xəbər verildikdən sonra bölgəyə çoxlu təcili yardım və jandarma qrupları sövq edilib. Jandarma qrupları bölgəyə giriş-çıxışları bağlayaraq təhlükəsizlik tədbirləri görüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu