ABŞ-da təcili yardım helikopteri qəzaya uğradı: 2 nəfər ölüb


ABŞ-ın Alabama ştatında təcili yardım helikopteri qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.


Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamaya görə, Birmingem əyalətində bir şəxsin gəzinti zamanı səhhətində problem olduğunu bildirməsinin ardından bölgəyə təcili yardım helikopteri istiqamətləndirilib. "Eurocopter EC130" tipli təcili tibbi yardım helikopterinin 3 nəfərlik ekipajı ilə Şelbi dairəsi yaxınlığında qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Qəza ilə bağlı zəng mərkəzinə zəng edən polis, vertolyotda olan 3 personaldan birinin hadisə yerində dünyasını dəyişdiyini, xəstəxanaya aparılan iki yaralıdan birinin isə müdaxiləyə baxmayaraq xilas ola bilməyəcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu