Meksikada təcili yardım təyyarəsi qəzaya uğrayıb: 4 nəfər ölüb


Meksikanın Morelos əyalətində təcili tibbi yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.


Bildirilib ki, təcili tibbi yardım təyyarəsi əyalətin Temiksko şəhərinin Tetlama qəsəbəsi yaxınlığında meşəlik əraziyə düşüb.

4 ekipaj üzvünün hamısının həyatını itirdiyi qəzaya ordu, Milli Qvardiya və dövlət təhlükəsizlik bölmələrinin rəsmilərinin müdaxilə etdiyi açıqlanıb.

Qəzanın səbəbi hələ məlum olmasa da, Morelos Baş Prokurorluğunun hadisə ilə bağlı araşdırma başlatdığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu