Türkiyədə “NF-5” döyüş təyyarəsi qəzaya uğrayıb


Türkiyədə “NF-5” qırıcısı qəzaya uğrayıb.

"Report" xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

Hadisə Konya əyalətinin Karatay rayonunda təlim uçuşu edərkən baş verib.

“Sabah”ın yazdığına görə, "Türk ulduzları"na məxsus “NF-5” təyyarəsi təlim zamanı qəzaya uğrayıb. Qırıcının pilotu şəhid olub.

Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu