Lukaşenko həmkarları arasında Putini ad günü münasibətilə təbrik edən ilk şəxs olub


Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini ad günü münasibətilə təbrik edib. Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.


Lukaşenko təbrikində bildirib ki, Putinin vətənpərvərliyi və ölkənin tarixi-mədəni irsinə hörməti xalqın rəğbətini qazanıb. Belarus prezidenti həmçinin qeyd edib ki, ölkəsi Rusiya prezidentinin Belarus-Rusiya münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirir.

Keçən il Lukaşenko Putinə ad günündə kənd təsərrüfatı işləri üçün “Belarus” traktoru hədiyyə etmişdi. Belarus lideri özü də eyni traktordan istifadə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu