Lukaşenko: Belarus ərazisindən rusların arxadan güllələnməsinə icazə verməyəcəyik


Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk Rusiyanı müttəfiqi kimi dəstəkləyib və dəstəkləyəcək.


“Biz bunu heç vaxt gizlətmirdik. Rusiya bizim müttəfiqimizdir. Belarus ərazisindən rusların arxadan güllələnməsinə icazə verməyəcəyik. Biz bu prinsipə əməl edirik. Biz müttəfiqimizi dəstəklədik və bundan sonra da dəstəkləyəcəyik. Eynilə bu masada oturan bütün dövlətlər (MDB) kimi”, - deyə Lukaşenko MDB-nin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin iclasının iştirakçıları ilə görüşü zamanı bildirib.

Lukaşenko qeyd edib ki, Belarus və Rusiya ən yaxın hərbi-siyasi əməkdaşlığa malikdir. O əlavə edib ki, Minskin bununla bağlı şəffaf siyasəti var.

Dövlət başçısı həmçinin bəyan edib ki, Belarus kəşfiyyat kanalları vasitəsilə əldə etdiyi məlumatları MDB üzrə tərəfdaşlarından gizlətmir, paylaşır və bundan sonra da etməyə hazırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu