Lukaşenko sabiq SSRİ ölkələrini Rusiya-Belarus İttifaqına qoşulmağa çağırdı


“Postsovet ölkələri suverenliyini qorumaq istəyirlərsə, Belarus-Rusiya İttifaqı dövlətinə yaxınlaşmalıdırlar”.


Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus-Rusiya regionlararası Forumunun iştirakçılarına videomüraciətində bildirib.

“Bu gün postsovet məkanı ölkələri, əlbəttə ki, öz suverenliklərini və müstəqilliklərini qorumaq istəyirlərsə, İttifaq dövləti ilə yaxınlaşmada səmimi şəkildə maraqlı olmalıdırlar. Biz əminik ki, qlobal çağırışlara yalnız birlikdə qarşı dura bilərik”, – Belarus Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, hələ də şübhəsi olanlar başa düşməlidirlər: “Sürətli birlik və birləşmə, dövlətlərarası əlaqələrin möhkəmlənməsi və sadəcə olaraq normal insani münasibətlər olmadan biz sabah mövcud olmaya bilərik. İndiki mərhələdə bizim birliyimiz (Belarus və Rusiya – red.) inteqrasiya proseslərinin ümumi axınında lokomotiv rolunu oynayır. Bu, mədəni və iqtisadi dövlətlərarası əməkdaşlığın nümunəsidir, modelidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu