Meksikanın Sakatekas ştatında 7 nəfərin meyiti tapılıb


Meksikanın Zasetekas şəhərində işgəncə ilə öldürüldüyü güman edilən 7 nəfərin cəsədi tapılıb.


Yelir mətbuatda yer alan xəbərə görə, əyalətin Loreto qəsəbəsindəki yolda cəsədlər aşkarlanıb. Hadisə yerinə gələn polis qrupları yolda tapılan cəsədlərin 7 kişiyə aid olduğunu müəyyən edib. Cəsədlərdə zərbə izlərinin olduğu və bu şəxslərin işgəncə nəticəsində öldürüldüyü təxmin edilir.

Meyitlərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün Məhkəmə Tibb Mərkəzinə aparıldığı bildirilir.

İnsidentin rəqib dəstələr arasında baş verən qarşıdurma nəticəsində baş verdiyi ehtimal olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu