Ukrayna PUA-ların Kiyev istiqamətində uçuşu barədə məlumat verib


Ukrayna hava məkanında hücum PUA-ları aşkar edilib.



UNIAN xəbər verir ki, bir sıra regionlarda, Kiyev, Çerkassı, Çerniqov, Sumı, Xarkov, Poltava, Dnepropetrovsk, Nikolayev, Kirovoqrad və Xersonda hava hücumu xəbərdarlığı elan edilib.

Solomenski rayonunda dağıntılar və iki nəfərin öldüyü bildirilir.

Kiyev vilayət administrasiyası hava hücumundan müdafiə qüvvələrinin hədəflər üzərində işlədiyini bildirib.

Ukrayna mətbuatının qeyd etdiyi kimi, hakimiyyət hücum PUA-larının Kiyev istiqamətində uçduğunu təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu