Fransada yeniyetmənin ölümündən sonra iğtişaşlar başlayıb


Fransada yeniyetmənin bıçaqlı hücumdan sonra ölümü ilə bağlı iğtişaşlar başlayıb.


Bu barədə "France Bleu" radiostansiyası məlumat yayıb.

“50-100 nəfər olduğu təxmin edilən ifrat sağçı fəallar Roman-sur-Isère şəhərindəki Monet məhəlləsinin küçələrinə çıxıblar”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bəzi etirazçılar zibil qutularını aşırıb, konteynerləri yandırıblar. Nəticədə 20 nəfər saxlanılıb, onlardan üçü yaralanıb.

Məlumata görə, 16 yaşlı məktəbli noyabrın 19-na keçən gecə ölkənin cənub-şərqindəki Drom departamentinin Krepol kommunasında keçirilən festival zamanı öldürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu