Yeni Zelandiyada siqaret almağa qadağa qoyan qanun ləğv edilib


Yeni Zelandiya 2008-ci ildən sonra doğulanların qanuni olaraq ömürlük siqaret almasına mane olan və 2022-ci ilin dekabrında Parlament tərəfindən qəbul edilən və 2024-cü ildə tətbiq edilməsi planlaşdırılan qanunu ləğv edəcəyini açıqlayıb.



News.com.au-nun məlumatına görə, Yeni Zelandiyanın İqtisadiyyat naziri Nikola Uillis vergi endirimlərini maliyyələşdirmək üçün sözügedən siqaret qadağasının ləğv ediləcəyini bildirib.

Newsshub Nation proqramında verdiyi açıqlamada Willis, sözügedən qadağanın hökumətə təxminən 610 milyon dollara başa gələcəyini və qərarın ləğvinin vergi endirimlərini maliyyələşdirmək üçün vacib bir addım olduğunu bildirib.

Qanun 2008-ci ildən sonra doğulanlara siqaretin qanuni satışına ömürlük qadağa qoyulmasını, mövcud siqaret satıcılarının 90 faizinin satışına qadağa qoyulmasını və siqaretlərdə nikotinin miqdarının azaldılmasını nəzərdə tuturdu.

2022-ci ilin dekabrında Yeni Zelandiya 14 və daha aşağı yaşda olanların heç vaxt qanuni olaraq siqaret ala bilməyəcəyini təmin edən qanun layihəsini qəbul edib.

Yeni Zelandiya radiosuna danışan Yeni Zelandiyanın Baş naziri Kristofer Luxon qanun layihəsinin geri götürülməsinin qara bazarda siqaret satışının və bazarlara hücumların qarşısını alacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu