BVF Ukraynaya 900 milyon dollar ödəməyi təsdiqləyib


Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukrayna üçün 15,6 milyard dollarlıq kredit proqramının ikinci baxışını başa çatdırıb və 900 milyon dolların ödənilməsini təsdiqləyib.



BVF-dən verilən açıqlamada, İcraçı Direktorlar Şurasının Ukrayna ilə bağlı 4-cü maddə üzrə məsləhətləşməni və 4 illik maliyyə paketi çərçivəsində ikinci baxışı tamamladığı bildirilib.

Açıqlamada ikinci baxışın tamamlanmasının təxminən 900 milyon dollar ödəməyə imkan verəcəyi qeyd edilib.

Ukrayna səlahiyyətlilərinin çətin şərtlər altında maliyyələşdirmə paketi çərçivəsində öhdəliklərinə uyğun olaraq güclü irəliləyiş əldə etdiyi bildirilib və Ukrayna iqtisadiyyatının yüksək qeyri-müəyyənliyə baxmayaraq diqqətəlayiq dayanıqlılıq nümayiş etdirməyə davam etdiyi vurğulanıb.

Martın 31-də BVF-nin İcraçı Direktorlar Şurası Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya ümumilikdə 122 milyard dollarlıq dəstək paketinin bir hissəsi kimi 48 aylıq 15,6 milyard dollarlıq maliyyə paketini təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu