ABŞ-ın Ukraynaya hərbi yardımı 45 milyard dollara yaxınlaşıb


ABŞ prezidenti Co Bayden 2021-ci il yanvarın 20-də vəzifəyə gəldikdən bəri ABŞ Ukraynaya 44,4 milyard dollar hərbi yardım göstərib.


Ukrayna-Rusiya müharibəsi davam edərkən Ukraynaya ən çox yardım göndərən ölkələrə ABŞ başçılıq edirdi.

ABŞ-da Bayden administrasiyası vəzifəyə gəldiyi 2021-ci ilin yanvarından bu yana müxtəlif kanallar vasitəsilə Ukraynaya təxminən 45 milyard dollarlıq hərbi yardım edib. Sözügedən yardımın təxminən 44 milyard dolları Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevral 2022-ci ildən bəri verilib.

Ukraynaya beynəlxalq yardımları tərtib edən Almaniyada yerləşən Kiel Dünya İqtisadiyyatı İnstitutu ABŞ-ın müharibə başlayandan bəri Ukraynaya humanitar, maliyyə və hərbi dəstək də daxil olmaqla təxminən 76 milyard dollarlıq yardım etdiyini açıqlayıb.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) məlumatına görə, ABŞ müharibə başlayandan bəri Ukraynaya 2,6 milyard dollar humanitar yardım edib.

ABŞ-dan maliyyə yardımının dəyəri ilə bağlı rəsmi açıqlama olmasa da, Kiel Dünya İqtisadiyyatı İnstitutu bu yardımın təxminən 27 milyard dollara bərabər olduğunu iddia edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu