ABŞ Konqresi Ukraynaya 12,4 milyard dollar əlavə yardımı təsdiqləyib


ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 12,4 milyard dollar əlavə yardımı nəzərdə tutan qanun layihəsini təsdiqləyib.


Xəbər ABŞ qanunvericilik orqanının aşağı palatasının saytında yayımlanıb.

Sentyabrın 29-da ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardım paketinin ayrılmasına səs verib. İndi onu ABŞ prezidenti Cozef Bayden imzalamalıdır.

Qeyd edilir ki, 7,8 milyard dollar müdafiə ehtiyaclarına, 4,5 milyard dollar isə birbaşa ölkə büdcəsinə ayrılacaq.

Bundan əvvəl ABŞ Ukraynaya 1,1 milyard dollar məbləğində yeni hərbi yardım paketi elan edib. Paketə 18 yeni HIMARS və dron əleyhinə sistemdən əlavə, yüzlərlə zirehli maşın və radar daxil olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu