ABŞ-dan Ukraynaya növbəti dəstək


ABŞ Maliyyə Nazirliyi Ukraynaya birbaşa maliyyə yardımı göstərmək üçün qanunverici orqandan əlavə vəsait istəyib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, maliyyə naziri Janet Yellen Konqresdən Ukraynaya 14,5 milyard dollar yardım edilməsinə razılıq verilməsini istəyib. Onun sözlərinə görə, bu vəsait 2023-cü ilin yanvar-sentyabr aylarında Ukraynaya birbaşa maliyyə dəstəyinə yönəldilməsi məqsədilə nəzərdə tutulub.
Nazir onu da bildirib ki, ABŞ artıq Kiyevə 13 milyard dollar məbləğində maliyyə yardımı ayırıb. Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ Konqresinin aşağı palatası 2023-cü il üçün müdafiə büdcəsini 858 milyard dollar məbləğində təsdiqləyib. Büdcədə Ukraynaya 800 milyon dollar hərbi yardım nəzərdə tutulub. Bu arada Ukraynaya hərbi yardımın ayrılmasına etiraz edən Rusiya Xarici İşlər Nazirliyi bidirib ki, ABŞ dərc olunmuş sənədlərə əsaslanaraq, ən azı 2025-ci ilin sonuna qədər Ukraynada münaqişənin davam etməsinə çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu