Norveç Ukrayna Silahlı Qüvvələri üçün sursat istehsalına böyük məbləğdə vəsait ayırıb


Norveç hökuməti Ukrayna Silahlı Qüvvələri üçün sursat və raket istehsalına böyük məbləğdə vəsait ayıracaq.


Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə Norveçin baş naziri Yonas Qahr Stör arasında keçirilən görüşdən sonra hökumət aparatının rəsmi saytında məlumat verilib.

Norveçin döyüş sursatı və raket istehsalı gücünü bir milyard Norveç kronu (90,1 milyon dollar) artıracağı bildirilir. “Biz Ukrayna ilə ölkənin ən çox ehtiyacı olan şeylərlə bağlı sıx dialoq aparırıq və müttəfiqlərimizlə birlikdə lazımi yardımı göstərmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Stere bildirib.

Press-relizdə deyilir ki, krallıq Ukrayna üçün sursat və raketlərin istehsal imkanlarını gücləndirmək və artırmaq məqsədi daşıyan Avropa İttifaqının (Aİ) proqramı olan ASAP (Sursat Dəstəyi Aktı) üçün hökumətin maliyyəsini artırmağa çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu