Dondurulmuş Rusiya aktivlərindən UKraynanın xeyrinə istifadə qanuniləşdirilir


Böyük Britaniya öz tərəfdaşları ilə birlikdə Rusiya aktivlərinin müsadirə edilməsinin və Ukraynanın ehtiyacları üçün istifadəsinin qanuniliyini öyrənməli olacaq.


Bunu Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Uimbldondan olan Lord Tariq Əhməd bildirib.

Böyük Britaniya XİN rəhbərinin müavini Lordlar Palatasının üzvü Devid Altonun parlament sorğusuna cavab olaraq Rusiya aktivlərinin Kiyevin xeyrinə müsadirə edilməsinin mümkünlüyündən danışıb. "Hökumət Rusiya dövlət əmlakının müsadirəsi və Ukraynadakı hərbi ziyanı bərpa etmək, Ukraynanın özünümüdafiəsinə kömək etmək üçün həmin aktivlərin təyinatının dəyişdirilməsinə icazə vermək məqsədilə hansı addımlar atır", - deyə Alton sorğu təqdim edib.

Böyük Britaniya Xarici İşlər Nazirliyi isə cavabında bildirib ki, ölkə yenidənqurmada istifadə oluna biləcək Böyük Britaniyadakı Rusiya aktivlərinin müsadirə edilməsi istiqamətində bütün mümkün variantları müəyyən etmək üçün tərəfdaşlarla işləyir.

“Biz buna sürətli templə nail oluruq və tədbirlərin beynəlxalq hüquqa uyğun olmasını təmin etməliyik. Beynəlxalq tərəfdaşlarımız əhəmiyyətli miqdarda aktivləri dondurdular, lakin Böyük Britaniya kimi onlar da yeni aktivlərin müsadirə rejiminin qanuniliyini hələ tam sınaqdan keçirməyiblər”, - deyə Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi izah edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu