KİV: Böyük Britaniya çətin ki, Rusiyanın dondurulmuş aktivlərini əlindən alsın


Böyük Britaniya yerli siyasətçilərin aqressiv ritorikasına baxmayaraq, Rusiya Federasiyasının dondurulmuş aktivlərinin və Rusiya vətəndaşlarının əmlakının müsadirəsi ilə bağlı qərar qəbul etməyə tələsməyəcək.


"Politico" qəzetinin Avropa nəşri yazır ki, bu cür tədbirlər qanuna zidd olar və Böyük Britaniyanın maliyyə institutlarının reputasiyasına xələl gətirər.

Nəşr "Peters & Peters" hüquqi konsaltinq firmasının sanksiyalar üzrə mütəxəssisi Anna Bradşaın fikrincə, şəxsi aktivləri ələ keçirən dövlətlər “qanunları yenidən yazmağa başlamaq” və “ədalətli məhkəmə araşdırması hüququnu” pozmaq riski daşıyır. Qəzet yazır ki, hökumətin bu cür potensial hərəkətləri Böyük Britaniyanın maliyyə institutlarına inamı sarsıda bilər ki, bu da bütövlükdə ölkənin investisiya cəlbediciliyinə mənfi təsir göstərəcək.

Bundan əlavə, Rusiya aktivlərinin ələ keçirilməsi prosesi uzun müddət çəkə bilər. “AİHM-i (Avropa İnsan Hüquqları Konvensiyası) imzalayan hər bir ölkə, hətta yalnız dondurulmuş aktivlərdən xalis mənfəətə həbs qoyulsa belə, kiminsə şəxsi mülkiyyətinin müsadirə edilməsində ciddi çətinliklərlə üzləşəcək” - deyə Britaniyanın konsaltinq firması "Macfarlanes"in sanksiyalar üzrə vəkili Francis Bond nəşrə izah edib.

Qəzet göstərir ki, Qərb Ukrayna məsələsi üzrə gələcək sülh danışıqları zamanı dondurulmuş aktivlərin taleyi məsələsindən Rusiyaya təsir rıçaqları kimi istifadə edə bilər. Nəşr yazır ki, Rusiya əmlakının qanunsuz müsadirəsi Moskvanın münaqişənin sülh yolu ilə həllində iştirakdan imtinasına səbəb ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu