Pakistanda siyasətçilərə hücum etməyə hazırlaşan iki kamikadze yaxalanıb


Pakistanda polis məmurları siyasətçilərə hücum etməyə hazırlaşan İŞID üzvü 2 kamikadzeni yaxalayıb.


"Dawn" qəzetində yer alan xəbərə görə, polis Hayber Paxtunxva əyalətinin Peşəvər şəhərində siyasətçilərə hücum etməyə hazırlaşan terror təşkilatı üzvü iki intiharçıya qarşı əməliyyat keçirib.

Sözügedən iki terrorçu əməliyyat zamanı yaxalanıb.

Səlahiyyətlilər terrorçuların Əfqanıstanın Pktika əyalətində təlim keçdiyini bəyan edərək, bu şəxslərin İslam Üləmaları Cəmiyyətinin (JUI-F) lideri Mövlana Fəzlur Rəhman və Milli Xalq Partiyasından Eymal Vəli Xana hücum etməyə hazırlaşdıqlarını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu