Tramp: NATO Vaşinqtona gülür


Amerika prezidenti Co Bayden Ukraynaya milyardlarla dollar ayırmağa hazır olduğu üçün NATO ölkələri ABŞ-a gülür.


Bu fikirləri Ağ Evin keçmiş rəhbəri Donald Tramp deyib.

“Onlar ABŞ-ın axmaqlığına gülürlər, onun lideri hər dəfə kimsə soruşanda 60 milyard dollar verir. Biz bunu etməməliyik. Bizə gülürlər. Rəhbərliyimizə görə axmaq ölkə olduğumuzu düşünürlər” - deyə o, keçmiş porno aktrisa Stormi Danielsə pul ödəməkdə Trump Təşkilatının maliyyə qeydlərini saxtalaşdırmaq ittihamı ilə keçirilən məhkəmədə fasilə zamanı jurnalistlərə danışarkən deyib.

Tramp dəfələrlə bəyan edib ki, NATO üzvü olan ölkələr kollektiv müdafiə üçün kifayət qədər ianə ödəmirlər, üstəlik, onlar Ukraynaya Vaşinqtondan xeyli az vəsait ayırırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu