Zelenski: NATO-ya üzv olmağa layiqik


Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, onların məqsədi NATO-ya üzv olmaqdır və buna layiq olduqlarına inanırlar.


Vladimir Zelenski Almaniyada keçirilən 60-cı Münhen Təhlükəsizlik Konfransında (MSC 2024) çıxış edib.

Ukrayna əsgərlərinin Donetsk vilayətinin Avdeevka şəhərindən çəkilmə qərarının məntiqli və ədalətli olduğunu, lazımi silahlar gələnə qədər ukraynalıların həyatını qoruduğunu bildirən Zelenski, “Biz xalqımızı, əsgərlərimizi qoruyuruq” - deyə qeyd edib.

Avdeevkadakı Ukrayna əsgərlərinin mühasirəyə düşməmək üçün başqa sərhədlərə çəkildiyini vurğulayan Zelenski bildirib: "Bu o demək deyil ki, insanlar kilometrlərlə geri çəkildi və Rusiya nəsə ələ keçirdi. Rusiya heç nə ələ keçirmədi. Rusiya şərqdə nəsə etməyə çalışdı. 2 illik müharibədə onlar bir neçə kəndi, şəhəri dağıdıblar, amma hər şeydən çox həyatımızı məhv ediblər".

Zelenski qeyd edib ki, əllərində olan silahlar kifayət etmir: "Müvafiq silahları gözləyəcəyik. Uzaq mənzilli silahlar yoxdur. Rusiyada bunlar var, bizdə isə çox azdır. Bütün həqiqət budur. Ona görə də bu gün əsas silahımız əsgərlərimizdir, xalqımızın və tərəfdaşlarımızın dəstəyinə arxalanırıq".

Rusiyaya qarşı havada üstünlük əldə etdiklərini deyən Zelenski, hava hücumundan müdafiə sistemlərinin təchizatının Ukrayna əsgərlərinin irəliləməsinə kömək edəcəyini bildirib.

Ukraynanın NATO-ya üzvlük prosesinə toxunan Zelenski, "Məqsədimiz NATO-ya üzv olmaqdır. İnanıram ki, buna layiqik. Ukraynanı Alyansa yaxınlaşdırmaq üçün əlimizdən gələni edəcəyik" - deyə qeyd edib. O, bildirib ki, Ukraynanın NATO-ya dəvət edilməsi müttəfiq qərardır və hələ ki, bütün liderlər bunu dəstəkləmir, ona görə də bu istiqamətdə səylər davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu