Putin Şimali Koreya lideri Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə edib


Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə etdiyi açıqlanıb.


Son aylar Şimali Koreya ilə münasibətlərini yaxşılaşdıran Rusiya Pxenyana sürpriz jest edib. Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərlərə görə, Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina şəxsi istifadəsi üçün Rusiyada istehsal olunmuş avtomobil hədiyyə edib.

Putinin hədiyyə etdiyi avtomobili Koreya İşçi Partiyasının (WPK) Mərkəzi Komitəsinin sədri Pak Conq Çon və Kim Çen Inın bacısı və WPK Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Conq qəbul edib.

Putinin bu jestindən məmnun olduqlarını bildirən Kim Yo Conq bu hədiyyənin Şimali Koreya və Rusiya liderləri arasında xüsusi şəxsi münasibətlərin və xoş niyyətin bariz göstəricisi olduğunu bildirib.

Kim Yo Conq Rusiya nümayəndə heyəti vasitəsilə Kim Çen Inın Putinə təşəkkürünü də çatdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu