Quterreş İranın Dəməşqdəki konsulluğunun binasına hücumu pisləyib


Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş dünən İranın Dəməşqdəki səfirliyi şəhərciyindəki konsulluq binasına edilən hava hücumunu pisləyib.


Mövzu ilə bağlı BMT rəhbərinin açıqlaması yayılıb.

Diplomatik və konsulluq obyektlərinin toxunulmaz olduğunu vurğulayan Quterreş həmçinin qeyd edib ki, diplomatik personal beynəlxalq hüquqa uyğun olaraq qorunmalıdır.

Quterreş bütün tərəflərə beynəlxalq hüquq çərçivəsində götürdükləri öhdəliklərə əməl etmək öhdəliyini xatırladıb və mülki şəxslərə və mülki infrastrukturlara hücumların qarşısı alınmalı olduğunu bildirib.

Aprelin 1-də İranın Dəməşqdəki səfirliyi şəhərciyindəki konsulluq binasına edilən hava hücumunda İran İnqilab Keşikçiləri Ordusundan ikisi general olmaqla ümumilikdə 7 nəfər həyatını itirib. Hücumda ölənlər arasında 6 suriyalının olduğu, ölənlərin ümumi sayının isə 13 olduğu açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu