İsrail diplomatik nümayəndəlikləri həyəcan vəziyyətinə gətirildi


İran İnqilab Keşikçiləri Ordusunun komandirlərindən briqada generalı Məhəmməd Rza Zahidinin Suriyanın Dəməşq şəhərində İran konsulluğunun binasına hava hücumu nəticəsində həlak olmasından sonra İsrailin diplomatik missiyalarında həyəcan təbili çaldığı açıqlanıb.


"Kanal 12"-nin İsraildən verdiyi xəbərə görə, Zahidinin Suriyadakı hava hücumunda həlak olmasından sonra Tel-Əviv administrasiyası diplomatik nümayəndəliklərində həyəcan siqnalı verib.

Bildirilib ki, İsrail təhlükəsizlik orqanları İranın İsrailin dünyadakı diplomatik nümayəndəliklərinə hücum edərək sui-qəsdə cavab verə biləcəyini ehtimal edir.

Təl-Əviv administrasiyası İranın Dəməşqdəki konsulluğunun binasına edilən hücumun məsuliyyətini rəsmi olaraq üzərinə götürməyib.

İnqilab Keşikçiləri Ordusunun komandirlərindən olan briqada generalı Məhəmməd Rza Zahidi İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu nəticəsində həyatını itirib.

İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri İranın Dəməşqdəki konsulluğunun binasına hücumu İsrailin təşkil etdiyini bildirib və "tez, birbaşa və sərt" cavab verəcəklərini deyib.

Əkbəri bildirib ki, İsrail F-35 döyüş təyyarələrindən atılan 6 raketlə İranın Dəməşqdəki səfirliyindəki konsulluq binasını hədəf alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu