KİV: İranın hücumu nəticəsində İsrailə 1,35 milyard dollar ziyan dəyib


İsrail mediası İranın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumun İsrail iqtisadiyyatına 1,35 milyard dollar ziyan verdiyini bildirib.



İsrailin keçmiş Baş Qərargah rəisi müşaviri, briqada generalı Ram Aminahın qiymətləndirmələrinin yer aldığı Yediot Aharonot qəzetinin xəbərində İsrailin ötən gecə müdafiə xərclərinin 4-5 milyard şekel (1,08 - 1,35 milyard dollar) olduğu bildirilib.

Bu rəqəmin yalnız İranın atdığı raketlərin vurulması üçün xərclənən müdafiə xərcləri olduğuna diqqət çəkib. Aminah vurulan raketlərin vurduğu zərərin bu rəqəmə daxil olmadığını qeyd edib.

İsrailin inkişaf etdirdiyi “Arrow” anti-ballistik raket sisteminin hər birinin 3,5 milyon dollara başa gəldiyini bildirən Aminah, İran PUA-larını vurmaq üçün havaya qalxan təyyarələrin də ayrı bir xərci olduğuna diqqət çəkib.

İsrail Ordusunun sözçüsü Daniel Hagari İranın İsrailə hücumları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, indiyədək İrandan İsrailə 200-dən çox PUA və ballistik raket atılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu