İsrail ordusu: İran hücumda 300-dən çox raket və PUA-dan istifadə edib


İsrail ordusu İranın ötən gecə həyata keçirdiyi hücumda 300-dən çox raket və pilotsuz uçuş aparatından istifadə etdiyini açıqlayıb.



Bu barədə İsrail Ordusunun sözçüsü Daniel Həcəri keçirdiyi mətbuat konfransında bildirib.

Həcəri hücumda istifadə edilən silahların 99 faizinin zərərsizləşdirildiyini qeyd edib.

Hücumda təxminən 170 PUA-nın istifadə edildiyini bildirən Həcəri, onların hamısının hava hücumundan müdafiə sistemləri ilə yanaşı, İsrailin müttəfiqlərinə aid təyyarələrin İsrail ərazisinə çatmadan məhv edildiyini bildirib.

Həcəri İranın hücumda 30-dan çox qanadlı raket atdığını və onların hamısının İsrail ərazisinə çatmamış zərərsizləşdirildiyini açılayıb.

İranın 120-dən çox ballistik raketdən istifadə etdiyini bildirən Həcəri, onlardan bir neçəsinin İsrailə çatdığını, qalanlarının isə məhv edildiyini qeyd edib.

Raketlərin İsrailin cənubundakı Nevatimdəki hərbi hava bazasını vurduğunu və orada cüzi ziyanın olduğunu, lakin onların fəaliyyətini davam etdirdiyini bildirib.

İsrail Ordusunun sözçüsü İsrailə İraq, Yəmən və İrandan atəş açıldığını iddia edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu