BMT Myanmada münaqişənin yayılmasından narahatdır


Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Myanmada münaqişənin yayılmasından dərin narahat olduğu açıqlanıb.


BMT-nin sözçüsü Stefan Dujarrik bildirib ki, Quterreş bütün tərəfləri beynəlxalq hüquqa riayət etməyə və mülki insanları qorumaq üçün əllərindən gələni etməyə çağırır.

Düjarrik qeyd edib ki, Quterreş Myanmada zorakılığa son qoymaq üçün Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN), regional və beynəlxalq tərəfdaşlarla işləməyə qərarlıdır.

Myanmada artıq 2 milyondan çox insanın didərgin düşdüyünə diqqət çəkən Dujarrik, zorakılığı törədənlərin cavab verməli olduqlarını deyib.

O, regionda humanitar yardıma çıxışın qarşısının alınmasını tənqid edərək, Quterreşin münaqişələrdən dərin narahat olduğunu və Myanma xalqı ilə həmrəy olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu