BMT-nin baş katibi Quterreş Ekvadorda baş verənləri pisləyib


BMT-nin baş katibi Quterreş Ekvadorda baş verən və zorakılıq cinayətini ehtiva edən hadisələri pisləyib.



Bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin Ekvadorun BMT-dəki daimi nümayəndəsi ilə telefon danışığı apardığını bildirən Dujarrik, "Baş katib ölkədəki vəziyyətin pisləşməsindən ciddi şəkildə narahatdır" ifadələrini işlədib.

Yaranmış vəziyyətlə bağlı BMT-dən kömək istəyi olmadığını bildirən Dujarrik, Quterreşin Ekvador hökumətinin vəziyyətdən çıxa biləcəyinə inandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu