BMT Sudanda 22 nəfərin ölümü ilə nəticələnən hava hücumunu pisləyib


Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Sudanda 22 nəfərin ölümü ilə nəticələnən hava hücumunu pisləyib. O, həyatını itirənlərin yaxınlarına başsağlığı verib.


AFN.az xəbər verir ki, bu barədə BMT Baş katibliyinin yazılı açıqlamasında bildirilir. "Baş katib silahlı qüvvələr arasında davam edən müharibənin potensial olaraq bütün regionda sabitliyi pozduğundan, Sudanı genişmiqyaslı vətəndaş müharibəsi astanasına gətirməsindən dərin narahatlığını davam etdirir", - deyə bəyanatda qeyd edilir.

Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında davam edən qarşıdurmada orduya məxsus döyüş təyyarələri dünən paytaxtın qərbindəki Umdurmanın Darüssalam rayonuna hava hücumu təşkil edib.

Ədəb şahidləri aralarında qadın və uşaqların da olduğu ən az 20 nəfərin həyatını itirdiyini bildirib. HDK-nın verdiyi açıqlamada hücumda ən az 31 nəfərin öldüyü, onlarla mülki vətəndaşın yaralandığı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu