BMT-nin baş katibi Rusiyanın Odessaya hücumunu kəskin şəkildə pislədi


Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiyanın Odessaya hücumunu kəskin şəkildə pisləyib.


BMT-nin sözçüsü Stephane Dujarric, mövzu ilə bağlı verdiyi yazılı açıqlamada, "Baş katib bu gün Rusiyanın Odessaya raket hücumu nəticəsində mülki əhalinin ölümünə səbəb olan və UNESCO tərəfindən qorunan dünya irsi siyahısında olan Odessa Tarixi Mərkəzindəki Transfiqurasiya (Dönüşmə) Katedrali və digər binalara ziyan vurmasını şiddətlə qınayır". ifadəsini işlədib.

Hücumun mədəni sərvətlərin mühafizəsi ilə bağlı 1954-cü il tarixli Haaqa Konvensiyasının pozulması olduğunu qeyd edən Düjarrik, Quterreşin müharibənin Ukrayna mədəniyyəti və irsi üçün artan təhlükə yaratdığından narahat olduğunu bildirib.

24 fevral 2022-ci il tarixindən bu yana Ukraynada 116-sı dini məkan olmaqla 270 mədəniyyət obyektinin zədələndiyini vurğulayan Dujarrik deyib:

"Baş katib Rusiyanı geniş şəkildə təsdiqlənmiş beynəlxalq normativ vasitələrlə qorunan mədəni sərvətlərə hücumlarını dərhal dayandırmağa, həmçinin mülki şəxslərə və mülki infrastruktura qarşı bütün hücumları dərhal dayandırmağa çağırır".

Ukrayna Rusiyanın Odessaya hücumu nəticəsində 1 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını bildirib.

Rusiya isə Odessa şəhəri yaxınlığında pilotsuz su aparatları istehsal edən obyektlərin və bu maşınlarla terror aktları hazırlığının yüksək dəqiqlikli raketlərlə vurulduğunu açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu