Cənubi Sudanda otlaq davası: 39 nəfər həyatını itirdi


Cənubi Sudanda otlaq məsələsinə görə çobanlarla fermerlər arasında dava düşüb. İlkin hesablamalara görə, qarşıdurmalarda 39 nəfər həyatını itirib.



Polis sözçüsü Elijah Mabor Makuach mətbuata verdiyi açıqlamada ölkənin Varrap və Lakes bölgələrində torpaq mübahisəsi zəminində çobanlarla fermerlər arasında qarşıdurma yaşandığına dair məlumatı paylaşıb.

Makuaç qarşıdurmalarda 39 nəfərin həyatını itirdiyini, 52 nəfərin isə yaralandığını bildirib.

Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini deyən Makuaç qarşıdurmaların çobanlara məxsus sürülərin kənd təsərrüfatı ərazilərinə daxil olması səbəbindən baş verdiyini qeyd edib.

Cənubi Sudanda otlaq problemlərinə görə qəbilələr arasında tez-tez münaqişələr olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu