Britaniya təyyarələrinin İrana məxsus pilotsuz təyyarələri vurduğunu təsdiqləyib


Britaniyanın baş naziri Rişi Sunak İranın İsrailə hava hücumundan sonra Kral Hərbi Hava Qüvvələrinin (RAF) təyyarələrinin İranın bir neçə pilotsuz uçuş aparatını vurduğunu təsdiqləyib.



O, bu barədə sosial media platformasında açıqlamasında bildirib

Ölkəsinin İranın hücumunun qarşısını almaq üçün beynəlxalq koordinasiyalı səylərdə iştirak etdiyi barədə məlumatı paylaşan Sunak, “İngiltərənin də iştirak etdiyi beynəlxalq koordinasiyalı səylər sayəsində demək olar ki, bütün bu raketlərin qarşısı alınıb ​​və təkcə İsraildə deyil, həm də İordaniya kimi qonşu ölkələrdə də həyatlar xilas edilib" ifadələrini işlədib.

Sunak RAF-ın bölgəyə əlavə təyyarə göndərdiyini təsdiqləyərək, "Təyyarəmizin bir sıra İran hücum təyyarəsini vurduğunu təsdiq edə bilərəm" qeyd edib.

Baş nazir Sunak hazırda soyuqqanlılığın hakim olmasını vurğulayıb və ölkəsinin vəziyyəti sakitləşdirmək üçün müttəfiqləri ilə birlikdə çalışacağını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu