Bayden Netanyahuya xəbərdarlıq edib


ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya İranın hücumlarına cavab verməzdən əvvəl diqqətlə düşünmək barədə xəbərdarlıq edib.


Yüksək rütbəli amerikalı məmur Baydenin Netanyahu ilə telefon danışığı ilə bağlı jurnalistlərə açıqlama verib.

Rəsmi bildirib ki, Bayden görüş zamanı Netanyahuya “gərginliyin artması riskini diqqətlə nəzərdən keçirmək və məsələyə strateji prizmadan yanaşmaq lazımdır” deyib.

İsrailin ABŞ-a İranla gərginliyi artırmaq niyyətində olmadığını açıq şəkildə bildirdiyini qeyd edən rəsmi, ABŞ-ın İsrailin mümkün cavab hücumuna dəstək vermə ehtimalı ilə bağlı suala cavabında “onların belə planları olmadığını” deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu