Makron və Si Cinpin olimpiada zamanı dünyada münaqişələrin dayandırılmasını müzakirə edəcəklər


Fransa prezidenti Emmanuel Makron bildirib ki, o, Çin prezidenti Si Cinpinlə bu yay Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı Olimpiya atəşkəsi və dünyada münaqişələrin dayandırılması məsələlərini müzakirə edəcək.


Makron qeyd edib ki, bu ideyanı həyata keçirmək üçün bütün səylərini əsirgəməyəcək. Onun sözlərinə görə, ona beynəlxalq tərəfdaşlar, o cümlədən tezliklə Parisə səfərə gələcək Çin lideri kömək edəcək.

“2022-ci ildə Çinin ev sahibliyi etdiyi Qış Olimpiya Oyunları öncəsi də eyni vəzifə ilə üzləşmişdik. Bu həm də sülh üçün diplomatik bir an ola bilər” - deyə Makron əlavə edib.

Fransa prezidenti həmçinin bildirib ki, təhlükəsizliklə bağlı təhdid yaranarsa, ehtiyat tədbiri olaraq 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimi Trokadero və ya Stade de France ilə məhdudlaşdırıla bilər.

Martın sonunda Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi ölkənin Daxili İşlər Nazirliyinə mümkün terror aktları ilə əlaqədar Olimpiya Oyunlarının açılış mərasimini keçirməkdən imtina etməyi tövsiyə edib.

Parisdə Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu