Borrell: Yaxın Şərq uçurumun astanasındadır


Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borrell İslam Respublikası yəhudi dövlətinə zərbə endirdikdən sonra İsrail və İran arasında münaqişənin deeskalasiyasına çağırıb.


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, o, bunu İspaniyanın Onda Cero radiostansiyasına müsahibəsində deyib.

Borrel İsrailin İranın misli görünməmiş hava hücumuna cavab verəcəyini gözlədiyini, lakin bunun daha da gərginliyə səbəb olmayacağına ümid etdiyini bildirib. “Biz uçurumun kənarındayıq və ondan uzaqlaşmalıyıq. Biz əyləci basıb maşını tərs vəziyyətə salmalıyıq”, - deyə Aİ-nin baş diplomatı bildirib.

O qeyd edib ki, İsrailin sağçı hökumət koalisiyasında qisas almaq istəyən sərt xətt tərəfdarları ilə daha mötədil və ağıllı fraksiya arasında dərin parçalanma var.

Bazar günü İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian ilə danışan Borrell deyib ki, Brüsselin nüvə enerjisi proqramı və digər məsələlərlə əlaqədar İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, Aİ İranla daha yaxşı münasibətlərə malik olmalıdır.

“İranın nüvə dövlətinə çevrilməməsi və Yaxın Şərqdə sülhün olması hamının marağındadır" - deyə diplomat fikrini yekunlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu