Yaponiyada qar və qış idman növləri ilə məşhur olan şəhərdə hava erkəndən isinib


Yaponiyanın şimalındakı Sapporo şəhərində havanın temperaturunun mövsüm normalarından yüksək olduğu açıqlanıb.



Yaponiya Meteorologiya Agentliyi (JMA) aprelin 15-nə ölkənin ən şimalındakı Hokkaydo əyalətinin paytaxtı, qar və qış idman növləri ilə məşhur olan Sapporoda temperaturun 26 dərəcə olduğunu açıqlayıb.

Şəhərdəki bu hava temperaturu JMA-nın 1877-ci ildən bəri qeyd etdiyi və yay günü kimi təsnif etdiyi 25 dərəcə həddini aşmaq üçün ən erkən tarix olub.

JMA rəsmisi Yoşida Şuiçi açıqlamasında, "Sapporoda temperatur 26 dərəcəyə çatıb və hələ də yüksəlir. İqlim dəyişikliyinin yüksək temperaturda rol oynaması ehtimalını gözardı edə bilmərik" deyib.

JMA qeydlərinə görə, 1991-2020-ci illər arasında Sapporoda aprelin 15-də orta ən yüksək temperatur 11,5 dərəcə olub.

Sapporoda yaydan əvvəl havanın temperaturunun 25 dərəcə həddini keçdiyi qeydə alınan ən erkən tarix 20 aprel 1998-ci ildir.

1972-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edən Sapporoda hər fevral ayında nəhəng buz heykəlləri və on minlərlə ziyarətçi ilə qar festivalı keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu