ABŞ İraqda hava hücumları ilə bağlı xəbərləri təkzib etdi


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraqda hava hücumları həyata keçirdikləri ilə bağlı xəbərləri təkzib edib.



Komandanlığın sosial media hesabından verilən açıqlamada, "ABŞ-ın bu gün İraqda hava hücumu təşkil etdiyinə dair bəzi xəbərlər var. Bu xəbərlər həqiqətə uyğun deyil. ABŞ bu gün İraqda hər hansı hava hücumu həyata keçirməyib" deyə qeyd edilib.

Qeyd edək ki, İraqın Babil əyalətində şiə milis güclərindən ibarət olan Haşd əş-Şaabi qərargahına hava hücumu təşkil edilib. 7 nəfərin yaralandığı hücumda Haşd əş-Şaabi "Facebook" hesabından ilk olaraq ABŞ-ı günahlandırıb. Daha sonra verdiyi açıqlamada partlayışla bağlı araşdırmaya başlanıldığı və hadisənin pərdəarxası ilə bağlı araşdırmaların aparıldığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu