BMT husilərin vaksinlərdən imtina etdiyini açıqladı


Yəmənin Ənsar Allah hərəkatının (husilərin) nəzarətində olan ərazilərdə 75-i ölümlə nəticələnən 11 mindən çox vəbaya yoluxma qeydə alınıb.


“Əl-Ərəbiyyə” telekanalı aprelin 20-də BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin və BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin direktoru Eden Vosornuya istinadən xəbər verir ki, husilər sakinlərin peyvənd edilməsini rədd edib və tibb işçilərinin onlara baş çəkməsinə icazə verməyiblər.

“Keçən ilin martından husilərin nəzarəti altında olan ərazilərdə vəba epidemiyasının sürətlə yayılması müşahidə olunur və aprelin 7-nə ölkədə 11 mindən çox xəstəliyə yoluxma halı qeydə alınıb, onlardan 75-i ölüb”, – telekanal Vosornudan sitat gətirib.

Qriffits də öz növbəsində Yəməndə vəba xəstəliyinin yayılmasına işarə edərək, bu ölkə vətəndaşlarına yardım məqsədilə əməliyyatların maliyyələşdirilməsinin təcili artırılmasını istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu