Polşada prezident seçkilərində poçtla səsverməyə icazə verildi




Polşa prezidenti Anjey Duda prezident seçkilərinin uzaqdan - poçt vasitəsilə keçirilməsi haqqında qanunu imzalayıb.


Bu barədə onun mətbuat katibi Blajey Spıxalskiy açıqlayıb.

İndi ölkədə vətəndaşların seçki məntəqələrinə gəlməsinə ehtiyac olmadan prezident seçkilərini poçtla təşkil etmək mümkündür.

Bundan əvvəl, Polşa Seymi prezident seçkilərində poçt vasitəsilə səsvermə barədə qanun layihəsini dəstəkləyib. 236 deputat qanunun lehinə, 213 deputat isə əleyhinə səs verib, 11 qanunverici bitərəf qalıb.

Bir müddət öncə hakim koalisiyaya daxil olan “Qanun və ədalət” və “Həmrəylik” partiyalarının liderləri Yaroslav Kaçinski və Yaroslav Qovin poçt vasitəsilə səsvermə ideyasını dəstəkləmişdi. Onlar birgə bəyanatda pandemiya şəraitində vətəndaşların təhlükəsizliyi baxımından buna razılıq verdiklərini bildirmişdilər.

Polşada prezident seçkiləri mayın 10-da keçirilməli idi. Lakin, pandemiya ilə bağlı seçkilər təxirə salınıb. Seçkilərdə aralarında hazırkı prezident Anjey Dudanın da olduğu 10 namizəd iştirak edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu