Qazaxıstanda 50-dən çox həkim koronavirusdan ölüb




Qazaxıstanda pandemiyanın başladığı tarixdən bəri 51 həkim ölüb.



“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmisi bildirib.

Onun sözlərinə görə, ölkə başçısı Kasım-Jomart Tokayev iyulun 13-də vəfat edən bütün həkimləri ölümündən sonra dövlət mükafatları ilə təltif edib.

Qeyd edək ki, Mərkəzi Asiya ölkəsi olan Qazaxıstanda indiyədək 65 188 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 39 066 nəfəri sağalıb, 375-i ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu