Elşad Hacıyev: "Sultan Dadaşovun 25 sutka inzibati cəza alması xəbəri yalandır"


"Prezidentin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri Sultan Dadaşovun 25 sutka inzibati cəza alması xəbəri yalandır".

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə danışıb.

Elşad Hacıyevin sözlərinə görə, Sultan Dadaşov inzibati cəza alması barəsində xəbər həqiqəti əks etdirmir: "Məlumat sosial şəbəkələrdə yayılıb, doğru deyil. Bu barədə hələ heç nə yoxdur, olan kimi məlumat yayacağıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu