Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.



Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

DİN-in Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.

E.Hacıyev bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.

Qeyd edək ki, BŞBPİ-nin Mətbuat Xidməti ləğv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu