Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq


Avqustun 12-nə gözlənilən hava şəraiti açıqlanıb.



Milli Hidrometeorologiya Xidmətindən AFN-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26°, gündüz 32-37° isti olacaq. Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 34-38°, bəzi yerlərdə 40°, dağlarda gecə 13-18°, gündüz 21-25° isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu